“COVID-19-a qarşı effektiv müalicə yoxdur” - ÜST rəsmisi

“COVID-19-a qarşı effektiv müalicə yoxdur” -  ÜST rəsmisi
  24 Noyabr 2020    Oxunub:2223
COVID pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb oldu. Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, pandemiya dövründə antibiotiklərdən səhv istifadə edilməsi ehtiyacı olan insanların bu dərmanlara əl çatanlığını ləngidə bilər.

“COVID-19-a qarşı effektiv müalicə yoxdur. Pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu dərmanlara qarşı davamlılığın yaranmasına səbəb ola bilər. Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır. Koronavirusa yoluxmuş xəstələrin xəstənaya yerləşdirmə göstəricisinə baxsaq, xəstələrin 8 faizində bakterial və ya göbələk infeksiyasının olduğunu görərik. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəlikdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil. Ağır simptomlıu bakterial infeksiyanın müalicəsində antibiotik müalicəsi tövsiyyə edilir”, - deyə ÜST rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST   Antibiotik  





Xəbər lenti