Bakıdan Kiyevə çarter reysləri həyata keçiriləcək

Bakıdan Kiyevə çarter reysləri həyata keçiriləcək
  03 Dekabr 2020    Oxunub:1008
“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə 3 çarter reysi yerinə yetirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, bazar ertəsi günləri həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter reysləri yalnız Ukrayna vətəndaşlığı və ya bu ölkəyə giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Azvision.az



Teqlər: Bakı   Kiyev  





Xəbər lenti