Nüfuzlu tibb jurnalı: “CoronoVAC” vaksini təhlükəsizdir

  Nüfuzlu tibb jurnalı:    “CoronoVAC” vaksini təhlükəsizdir
  11 Fevral 2021    Oxunub:3830
Nüfuzlu tibbi jurnalı “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib.
Azvision.az xəbər verir ki, məqalədə COVID-19 virusuna qarşı başlanılan vaksinasiya prosesinin əhəmiyyəti barədə məlumat verilib, “CoronoVAC” vaksinindən və onun uğurlu sınaqlarından bəhs olunub.

217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi
Bildirilib ki, gənclərlə müqayisədə 60 yaşlı və yuxarı yaşda olan insanlar, xüsusilə kəskin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər COVID-19 xəstəliyini daha ağır keçirirlər, yaş artdıqca ölüm riski də çoxalır. Bu səbəbdən COVID-19 infeksiyasının dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir.

Məqələdə “CoronoVac” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, virusa yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin vaksinə ehtiyacı var. Sözügedən vaksin bu yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.

Həmçinin vurğulanıb ki, 2020-ci ilin 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə prosesi həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib.

Bundan əlavə, araşdırmaların nəticələrinə əsasən, adıçəkilən vaksinin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir etdiyi, tam təhlükəsiz olduğu müəyyən edilib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start verilib. Peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasında yer alan Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. Vaksinasiya dövlət hesabına könüllü aparılır.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti