Rza Deqati: “Şuşada çay içmək arzum idi” - FOTOLAR

      Rza Deqati:    “Şuşada çay içmək arzum idi” -    FOTOLAR
  16 Fevral 2021    Oxunub:3501
Fevralın 16-da Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqati ilə görüş keçirilib.

Azvision.az -ın məlumatına görə, Rza Deqati görüşdə Xocalı soyqırımı və Dağlıq Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşüb, bu mövzuda topladığı arxiv materiallarını təqdim edib.
"Mən əmin idim ki, Azərbaycanın torpaqları azad ediləcək", - deyən fotoqraf Şuşada lentə aldığı məşhur fotosu ilə bağlı bildirib: "Həmin yerdə çay içmək arzum idi".

Bu torpağa borcu olduğunu söyləyən R.Deqati qeyd edib ki, o, bütün layihələrini kənara qoyaraq Azərbaycana, Qarabağa gəlib.

"Qarabağa gəldim ki, azadlıq tariximizi çəkib göstərim. Bir il burada qalacağam. Dünya görsün ki, Azərbaycan Qarabağı neçə dirçəldəcək. Şəhidlərin övladlarının yaşayışını göstərəcəyəm. Onlara fotoqrafiya sənətini öyrədəcəm. Mənim fotolarım bir faktdır. Bütün dünya fotolarımın doğruluğuna inanır".

Bundan əlavə, Deqati Qarabağ müharibəsi zamanı istifadə etdiyi fotoqrafı satışa çıxardığını, əldə olunan vəsaiti "YAŞAT" fonduna ianə edəcəyini vurğulayıb.

"Avropanın heç bir yerində görmədiyim gözəllikləri Kəlbəcərdə gördüm", - deyən məşhur fotoqraf ilk dəfə qardaş sözünün mənasını burada öyrəndiyini əlavə edib.

Daha sonra görüş sual-cavab formatında davam edib.













Azvision.az


Teqlər: Rza-Deqati  





Xəbər lenti