Yoluxma və ölüm halları hər gün artır - STATİSTİKA

 Yoluxma və ölüm halları hər gün artır -  STATİSTİKA
  24 Fevral 2021    Oxunub:1776
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 112 milyon 651 min 101 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 496 min 716 nəfərdir. İndiyədək 88 milyon 236 min 981 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, son sutka ərzində 280 853 nəfər koronavirusa yoluxub, 6884 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 897 718 nəfər virusa yoluxub, 514 996 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 029 326 yoluxma qeydə alınıb. Onlardan 156 598 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 260 621 nəfərdə virus aşkar edilib. Xəstələrdən 248 646 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 189 153 yoluxma, 84 047 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 134 639 nəfər virusa yoluxub ki, onlardan 121 305-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti