Güləşçimiz erməni rəqibini məğlub etdi

  20 Mart 2021    Oxunub : 1554
   Güləşçimiz erməni rəqibini məğlub etdi
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
Azvision.az xəbər verir ki, yunan-Roma güləşçimiz İslambek Dadov təsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib.

Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçi Gevorq Sahakyanla üz-üzə gəlib. Görüş Dadovun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Azvision.az

Teqlər: Güləş   Yarış   İslambek-Dadov