"ABŞ etdiyi əməllərə görə cavab verməli olacaq"- Nikolay Patruşev

   "ABŞ etdiyi əməllərə görə cavab verməli olacaq"-  Nikolay Patruşev
  24 Mart 2021    Oxunub:4032
"ABŞ Rusiya ilə münasibətlərdə "çətin günlər" yaradarsa, buna görə cavab verməli olacaq".

Azvision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərini şərh edərkən deyib.
"Əgər onlar belə bir şeyi dilə gətirirlərsə, deməli, planlaşdırırlar. Ancaq bu zaman edəcəkləri əməllərə görə cavab verməli olacaqlar".

Patruşev xatırladıb ki, bu, ABŞ rəsmilərinin ilk belə açıqlaması deyil.

Qeyd edək ki, Sallivan bu yaxınlarda MSNBC-yə verdiyi müsahibəsində "Rusiya ilə ABŞ arasındakı münasibətlərdə çətin anlar gözlənir. Mövqelərimizin bir-birindən dərindən fərqli olduğu bir sıra məsələlər var",-deyə bildirib.

Rusiya-ABŞ münasibətlərində növbəti gərginlik Pezident Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putini "qatil" adlandırmasından sonra başlayıb.

Azvision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti