Azərbaycanla Pakistan arasında yeni saziş təsdiqlənəcək

 Azərbaycanla Pakistan arasında yeni saziş təsdiqlənəcək
  29 Mart 2021    Oxunub:3240
Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərbaycan   Pakistan   Saziş   Təsdiq   Parlament  





Xəbər lenti