“İdeal”ın keçmiş sahibinin həbsinin detalları açıqlandı

  “İdeal”ın keçmiş sahibinin həbsinin detalları açıqlandı
  07 Aprel 2021    Oxunub:3371
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az-a bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: Prokurorluq   Həbs  





Xəbər lenti