“Qarabağ kimi Zəngəzuru da itirəcəyik” - Şarmazanov
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
Paşinyanın Sünik (Zıngəzur - red.) bölgəsinə səfəri və orada baş verən hadisələrə gəlincə, Şarmazanov qeyd edib ki, bu bölgənin sakinləri hər gün Dağlıq Qarabağdakı hərbi əməliyyatların və Azərbaycanla sərhədlərin yenidən işarələnməsinin nəticələrini hiss edir.
"Sünik (Zəngəzur -red.) sakinləri öz təhlükəsizliklərinə təhdid hiss edirlər, ona görə də Paşinyanın bölgəyə səfərinə belə şəkildə reaksiya verirlər. Ancaq anlamalıyıq ki, Sünikin problemləri yalnız bu bölgənin sakinlərini deyil, həm də bütün erməni xalqını narahat edir. Əgər sussaq, “Artsax"ın (Qarabağ-red) çoxunu itirdiyimiz kimi Süniki də itirəcəyik".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan Şarmazanov