"YAŞAT" daha 55 şəhid ailəsinin borc öhdəliklərini qarşıladı

   "YAŞAT" daha 55 şəhid ailəsinin borc öhdəliklərini qarşıladı
  26 Aprel 2021    Oxunub:1921
Aprel ayının 19-25-i tarixlərində 144 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 12 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 55 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 29 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 46 şəxsin tibb xərclərinin ödənilməsi və 5 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti