“Atamın vəziyyəti ağır olaraq qalır” - Arif Quliyevin oğlu

  “Atamın vəziyyəti ağır olaraq qalır” -  Arif Quliyevin oğlu
  27 Aprel 2021    Oxunub:7291
“Atamın vəziyyəti ağır olaraq qalır. Sevindirici bir şey var ki, təzyiqi normallaşıb”.
Bunu Azvision.az -a açıqlamasında koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O, atasının hələ də süni tənəffüs aparatına qoşulduğunu bildirib:

“Həkimlər bu gün axşam saat 6-dan sonra atamın vəziyyəti ilə bağlı bir söz deyə biləcəklər. Onların cavabları əsasında vəziyyətin yaxşılığa doğru gedib-getmədiyini biləcəyik. Bizi sevindirən yeganə məqam odur ki, təzyiqi normallaşıb, qızdırması və şəkəri qalxmayıb”.

Qeyd edək ki, Arif Quliyev koronavirusa yoluxub və "Yeni Klinika"nın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Arif-Quliyev  





Xəbər lenti