Bakıda qəza: Ana və azyaşlı qızı xəsarət aldı

   Bakıda qəza:    Ana və azyaşlı qızı xəsarət aldı
  02 May 2021    Oxunub:3918
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub. Daha sonra arxandan gələn bir avtomobil onlara çırpılıb.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb. Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti