İsmayıllıda maşın ağaca çırpıldı, sürücü öldü - FOTOLAR

  14 May 2021    Oxunub :2591
 İsmayıllıda maşın ağaca çırpıldı, sürücü öldü -    FOTOLAR
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, qəza İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.







Azvision.az

Teqlər: İsmayıllı   Qəza  






Xəbər lenti