Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb
  24 May 2021    Oxunub:1183
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Abdullayev Tofiq Seymur oğluna qohumu Məmmədov Mehman Aydın oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın bel hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,5047qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,082 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti