“Azərbaycanla münasibətlərin inkişafına sadiqik” - Əşrəf Qani

 “Azərbaycanla münasibətlərin inkişafına sadiqik” -    Əşrəf Qani
  28 May 2021    Oxunub:939
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Əfqanıstan xalqı adından Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz sayəsində daha sürətlə inkişaf edəcək. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına sadiqliyimizin təzahürüdür.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti