Pandemiyanın gətirdiyi səfalət: 100 milyondan çox işçi kasıbladı

  03 İyun 2021    Oxunub :511
 Pandemiyanın gətirdiyi səfalət:    100 milyondan çox işçi kasıbladı
Dünyada koronavirus pandemiyası 100 milyondan çox insanın kasıblıq həddinə çatmasına səbəb olub.

Azvision.az "Euronews" telekanalına istinadla xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının hesabatında qeyd olunub.
Məlumata əsasən, 108 milyon işçi ağır və ya orta yoxsulluq şəraitində yaşayır. Onlar gündə 3,2 dollardan az vəsaitlə yaşamaq məcburiyyətindədir. Yoxsulluq səviyyəsinin kəskin artması əmək saatının azalması ilə əlaqədar iş vaxtının itirilməsi və keyfiyyətli iş əldə etmək imkanın olmaması ilə bağlıdır.

Hesabatda, həmçinin qeyd olunub ki, pandemiya əmək bazarında mövcud olan bərabərsizliyi daha da artırıb. Bundan daha çox qadınlar, gənclər və mühacirlər əziyyət çəkir. Belə ki, ötən il qadınların məşğulluğu kişilərlə müqayisədə 5 faiz azalıb.

Sənəddə, eyni zamanda vurğulanıb ki, məşğulluq səviyyəsinin pandemiyaya qədər olan vəziyyətə 2023-cü ildən tez qayıtması gözlənilmir.

Azvision.az

Teqlər: Yoxsulluq