Agentlik əlilliklə bağlı ittihamlara cavab verdi

 Agentlik əlilliklə bağlı ittihamlara cavab verdi
  06 İyun 2021    Oxunub:1323
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyi sosial şəbəkə səhifələrində yayılmış videoda Quliyev Elşad Elbrus oğlunun ona əlillik təyin edilməməsi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.
Azvision.az -ın məlumatına görə, Agentlikdən bildirilib ki, ötən illərdə Elşad Quliyevə hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib:

“Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər”.

Qeyd olunub ki, bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb.

Azvision.az


Teqlər: Agentlik   Əlillik  





Xəbər lenti