Şovinist Şovin: Corc Floydun qatilinə 22 il iş verildi

   Şovinist Şovin:    Corc Floydun qatilinə 22 il iş verildi
  26 İyun 2021    Oxunub:1111
Minneapolis məhkəməsi afroamerikalı Corc Floydun qatili, keçmiş polis əməkdaşı Derek Şovinə 22 il 6 ay həbs cəzası kəsib.
Hökm elan olunmazdan qabaq Şovin ilk dəfə açıq şəkildə məhkəmə qarşısında çıxış edib. O, Corc Floydun ailəsinə üzüldüyünü bildirsə də, üzr istəməyib.

Qətlə yetirilmiş Corc Floydun qardaşı Terrens Floyd müttəhimə maksimal cəza (40 il həbs) verilməsini tələb edib. Keçmiş polisin anası Kerolin Polenti isə hakimləri mərhəmətli olmağa səsləyərək deyib ki, oğlu heç də bəzilərinin göstərməyə çalışdığı kimi qəddar və rəhimsiz adam deyil.



Yada salaq ki, Corc Floyd keçən il mayın 25-də saxlanılma zamanı polis əməkdaşı Derek Şovin 10 dəqiqə ərzində dizilə onun boğazından basdığına görə, boğulub ölmüşdü. Onun ölümü irqi zəmində böyük etirazlara və “Black lives matter” hərəkatına səbəb olmuşdu.

Samir Quliyev
Azvision.az




Teqlər: Corc-Floyd  





Xəbər lenti