Rusiyada virusdan ölənlərin sayı 146 mini keçib

   Rusiyada virusdan ölənlərin sayı 146 mini keçib
  15 İyul 2021    Oxunub:653
Rusiyada son sutka ərzində koronavirusa 25 293 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 882 295 nəfərə çatıb.

Ötən gün virusa yoluxmuş 791 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 146 069 nəfərə çatıb. Ümumilikdə 5 278 976 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti