ABŞ ordusunda 46 "F-35" qırıcısı sıradan çıxıb

ABŞ ordusunda 46 "F-35" qırıcısı sıradan çıxıb
  16 İyul 2021    Oxunub:1112
ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Erik Fik maraqlı bir açıqlama verib.
Azvision.az xəbər verir ki, "F-35" proqramının rəhbəri olan general ABŞ Ordusunda istifadəyə verilən 283 beşinci nəsil "F-35"-dən bir neçəsi havaya qalxa bilmir. Qeyd edilir ki, 46 qırıcıda yaranmış problemə səbəb mühərrik problemləridir.

Qeyd edək ki, Rusiya mətbuatı bu nasazlıqların sözügedən qırıcıların istehsal prosesində dizaynerlərin düzgün hesablama apara bilməməsi ilə əlaqələndirirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Qırıcı  





Xəbər lenti