Almaniyada sel qurbanlarının sayı 156 nəfər oldu

Almaniyada sel qurbanlarının sayı 156 nəfər oldu
  18 İyul 2021    Oxunub:947
Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 156-ya yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Bildirilib ki, Reynland-Pfalz əyalətində 110 nəfər həlak olub. Şimali Reyn-Vestfaliyada 45, Bavariyanın Berxtesqaden bölgəsində isə ən azı 1 ölüm qeydə alınıb.

Çərşənbə axşamı gecə yağan güclü yağışlardan sonra bu ərazilərdə yaşayış məntəqələri su basmağa başlayıb. Fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.

Almaniyanın qərbində hərbi fəlakət rejimi elan edilib. Fəlakətin nəticələrinin aradan qaldırılmasında 850 hərbçi cəlb olunub. Kansler Angela Merkel bu gün fəlakət bölgəsini ziyarət edəcək.

Daşqınlar yalnız Almaniyada deyil, Belçika və Hollandiyada da meydana gəlib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Almaniya   sel  





Xəbər lenti