Müxtəlif ölkələrin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması əsas hədəfimizdir - Ərdoğan

   Müxtəlif ölkələrin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması əsas hədəfimizdir -    Ərdoğan
  19 İyul 2021    Oxunub:806
“Başda Azərbaycan olmaqla, dünyanın müxtəlif ölkələrinin Şimali Kiprlə əlaqələrinin yüksək səviyyədə qurulması bizim əsas hədəfimizdir. Bunu davam etdirəcəyik”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək heyətlərarası görüşü olacaq.

Ərdoğan Şimali Kiprlə bağlı müjdəli xəbəri parlamentdə çıxışı zamanı açıqlayacağını deyib. O, kiprli türklərin yarım əsrdən çox adada bərabərlik və ədalət uğrunda mübarizə apardıqlarını qeyd edib. Türkiyə prezidenti bildirib ki, Kipr Türk xalqı bərabər tərəfdaş olduqları adada suveren hüquqa və beynəlxalq statusa sahibdir.

Qeyd edək ki, R.T.Ərdoğan səfər zamanı E.Tatarla bir sıra layihələrin təməl atmasında iştirak edəcək. Onunla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və rəsmi böyük heyət də iştirak edir.

Azvision.az



Teqlər: Türkiyə   Şimali-Kipr  





Xəbər lenti