Olimpiya bazasında itən uqandalı tapılıb: XİN onu "xain" adlandırdı

  21 İyul 2021    Oxunub :356
Olimpiya bazasında itən uqandalı tapılıb:   XİN onu "xain" adlandırdı
Bir müddət öncə Tokio Olimpiadasına gələn uqandalı ağır atlet Culius Ssekitolekonun yoxa çıxması barədə məlumat yayılmışdı.
Azvision.az xəbər verir ki, xarici medianın yaydığ məlumata görə, 20 yaşlı gənc Yaponiyaya milli komandası ilə birlikdə uçsa da, ölkəsinin Olimpiya heyətinin əsas siyahısına düşməyib. O əvvəlcə çərşənbə axşamı Uqandaya, evinə uçmağı planlaşdırıb. Ancaq bir anda fikrini dəyişdiyi üçün komandanın məskunlaşdığı bazadan qaçıb.

Məlum olub ki, gənc idmançı qaçmazdan əvvəl qaldığı otaqda məktub qoyub. O Uqandaya qayıtmaq istəmədiyini və Yaponiyada iş tapmağa çalışacağını yazıb. Məktub idmançıdan koronavirus testi götürməli olan həkimlər tərəfindən aşkar edilmişdi.

Bu gün isə ağır atletin komandanın bazasından təqribən 200 km məsafədə uzaq bir ərazidən tapıldığı məlum olub. O kameralarla izlənərək aşkarlanıb. Uqandanın Yaponiyadakı səfirliyinin yaydığı məlumatda deyilir ki, tərəflər Ssekitoletonun vətəninə tez bir zamanda qayıtması üçün əllərindən gələni edəcəklər. Uqanda Xarici İşlər Nazirliyi isə onu "xain" adlandırıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Olimpiya  






Xəbər lenti