Ermənistan ordusu mövqelərimizə atəş açıb

    Ermənistan ordusu mövqelərimizə atəş açıb
  17 Avqust 2021    Oxunub:857
Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutublar.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az



Teqlər: Ermənistan   Atəş   Mövqelərimiz  





Xəbər lenti