Paşinyanın fotosu narazılıq yaratdı: Sarkisyanın ənənəsi bərpa olunur?

  19 Avqust 2021    Oxunub :597
      Paşinyanın fotosu narazılıq yaratdı:   Sarkisyanın ənənəsi bərpa olunur?
Ermənistanda baş nazir Nikol Paşinyanla bağlı yeni qalmaqal yaşanıb. Azvision.az xəbər verir ki, onun fotosunun kabinetlərdən asılması yerli mediada narazılığa səbəb olub.
"Parlamentin Müdafiə, axili işlər və milli təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryanın ofisində mühüm bir görüş baş tutub. Bununla bağlı yayılan fotoda Ermənistan milli bayrağı və xəritəsinin yanında baş nazir Nikol Paşinyanın böyük bir şəkli də peyda olub.

Əldə etdiyimiz məlumata görə, Andranik Koçaryanın ofisində çoxlu sayda fotolar saxlanılır. Onlar parlamentdə və hökumət binalarında oturan məmurlara paylanmaq üçün hazırlanıb",-erməni saytı yazıb.

Məqalə müəllifi xatırlatma edib ki, Paşinyan 2018 -ci ildə hakimiyyətə gəldikdən sonra bütün ofislərin divarlarından məmur fotolarının çıxarılmasını əmr etmişdi. O erməni liderlərin fotolarının bir daha məmurların başı üzərində görünməyəcəyini bəyan edibmiş. İndi isə hər şey tərsinə gedir. Sarkisyanın dövründə ölkə rəhbərinin fotoları diktator kimi hər yerdən asılırdı.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Foto  







Xəbər lenti