"Əlavə məhdudlaşmalara ehtiyac yoxdur" - Şahmar Mövsümov

 "Əlavə məhdudlaşmalara ehtiyac yoxdur" -  Şahmar Mövsümov
  20 Avqust 2021    Oxunub:1321
Bu gün əlavə məhdudlaşmalara getməyə ehtiyac yoxdur. Bu, xəstəxanalarımızın kifayət qədər xəstə qəbul etməsi ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, xəstəxanalarda gərgin iş rejimi var, həkimlər 2 ildir məzuniyyətsiz işləyir.

“Bu gün xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin hiss etsək ki, xəstəxanalarda dolma əmsalı yüksəkdir və həkimlər çatdıra bilmir, o zaman Operativ Qərargahda məhdudlaşmalara gedilməsi müzakirə gedilə bilər. Vaksin effektivliyi heç kəsdə şübhə doğurmamalıdır. Bu artıq nəzəriyyə deyil, faktdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: OQ   Brifinq   Şahmar-Mövsümov  





Xəbər lenti