Rusiya BVF-dən 17,5 milyard dollar aldı

   Rusiya BVF-dən    17,5 milyard    dollar aldı
  23 Avqust 2021    Oxunub:1098
Əlavə emissiyası əvvəllər Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təsdiqlənmiş Xüsusi Borcalma Hüquqlarının (SDR) verilməsi qüvvəyə mindikdən sonra Rusiya “Renaissance Capital”ın məlumatlarına istinadən RBC hesablamalarında göstərilən 17.48 milyard dollarlıq ekvivalentə əlavə buraxılışın bir hissəsi olaraq çıxış əldə edib.
Azvision.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, əlavə emissiya zamanı alınan Rusiya Xüsusi Borcalma Hüquqları (SDR) ölkənin beynəlxalq ehtiyatlarının 3% -ni təşkil edir; bu göstəriciyə görə Rusiya postsovet məkanı ölkələri arasında yeddinci yerdədir. Keçmiş SSRİ ölkələri arasında beynəlxalq ehtiyat məbləğində əlavə emissiyanın ən böyük payı Tacikistana (18.6%, 236 milyon dollara SDR), Belarusa (12.3%, 923 milyon dollar) və Ukraynaya (9.6%, 2.72 milyard düşür) düşür. Borcalma hüquqları kvota nisbətində fonda üzv ölkələr arasında bölüşdürülür.

BVF Rəhbərlər Şurası avqustun əvvəlində SDR-in əlavə buraxılışını təsdiqləyib. 275 milyard dollar ekvivalent inkişaf etməkdə olan plkələrə və bazar iqtisadiyyatları inkişaf etməkdə olan dövlətlərə yönəldilib. BVF rəhbəri Kristalina Georgieva təsdiq edilmiş SDR payının fond tarixində ən böyük pay olduğunu qeyd edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya   BVF  





Xəbər lenti