"Taliban" NATO-ya terror haqda məlumat veribmiş

 "Taliban" NATO-ya terror haqda məlumat veribmiş
  27 Avqust 2021    Oxunub:1496
Taliban NATO-ya Kabul hava limanında gözlənilən terror hücumu barədə əvvəlcədən məlumat verib.
Azvision.az FAN nəşrinə istinadən xəbər verir ki, bunu “Taliban”ın Məlumat Naziri Zabihullah Mücahid Kabil hava limanında baş verən terror hücumu təhlükəsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Mücahidin sözlərinə görə, "İslam Dövləti" terror təşkilatı tərəfindən hücum ehtimalı "kiçik və qeyri müəyyən" olsa da, talibləri ləkələmək üçün qətllərlə müşayiət olunan təxribatlar istisna edilmir.

Daha əvvəl ABŞ, Avstraliya və Böyük Britaniya hakimiyyətləri bütün səyyahları Əfqanıstan paytaxtındakı hava limanını tərk edərək, təhlükəsiz bir yerə sığınmağa çağırmışdılar, çünki yaxın bir neçə saat ərzində orada terror hücumu baş verə bilər.

Nadir Quliyev
Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti