Dənizdə batan 5 nəfər xilas olunub

Dənizdə batan 5 nəfər xilas olunub
  29 Avqust 2021    Oxunub:677
Bu gün 5 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qobustan", “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas olunub.

Azvision.az




Teqlər:





Xəbər lenti