"Taliban" yeni hökumətlə bağlı yayılan xəbərləri təkzib edib - YENİLƏNİB

 "Taliban" yeni hökumətlə bağlı yayılan xəbərləri təkzib edib -  YENİLƏNİB
  03 Sentyabr 2021    Oxunub:1842
"Əfqanıstanın yeni hökuməti ilə bağlı yayılmış məlumatlar doğru deyil. Bu cür xəbərlər şayə xarakteri daşıyır".
Azvision.az xəbər verir ki, bunu “Taliban” nümayəndəsi Zabihulla Mücahid deyib.

O, yeni Əfqanıstan hökumətinin tərkibinin cümə günü açıqlanacağı ilə bağlı xəbərləri də təkzib edib.

***
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının siyasi qanadının lideri Abdulla Qani Baradar ölkədə formalaşacaq yeni hökumətə rəhbərlik edəcək.

Azvision.az xəbər verir ki, bu barədə "Reuters" hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni hökumətdə "Taliban"ın ilk lideri molla Ömərin oğlu Yaqub və radikalların Dohadakı nümayəndəsi Şer Məhəmməd Abbas Stanekzai da olacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti