Rüstəm Muradovu Kosobokov əvəz edə bilər - KİV

 Rüstəm Muradovu Kosobokov əvəz edə bilər -  KİV
  07 Sentyabr 2021    Oxunub:1257
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə mümkün namizəd general-mayor Mixail Kosobokovdur. Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bundan əvvəl Kosobokov Cənub Hərbi Dairəsindəki 58-ci ümumqoşun ordusunun komandan müavini vəzifəsində çalışıb. Abxaziyadakı rus hərbi bazasına rəhbərlik edib.

Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov vəzifəsini başa çatdırıb. Muradov bu postda 10 ay çalışdı.


Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Sülhməramlı  





Xəbər lenti