Maraqlıdır ki, bəzi ekspertlər Kosova problemi ilə başa çatan Dağlıq Qarabağ münaqişəsi arasında müqayisələr də aparırlar. Məsələn, politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Timofey Bordaçov Kosova problemini şərh edərkən deyib ki,
Serbiya hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyev kimi davrana bilməyəcək. Ekspertin fikrincə onlar Kosova məsələsini rəsmi Bakının Dağlıq Qarabağdakı problemi həll etdiyi kimi aradan qaldıra bilməyəcəklər. Bordaçov fikrini belə izah edib ki, indi Belqradın Rusiya və Çinlə konstruktiv münasibətlər qurmağa çalışmasına baxmayaraq, Serbiya eyni zamanda NATO -ya üzv dövlətlərin əhatəsində olduğunu da unutmur.
- Ancaq onlar öz geosiyasi mövqeləri ilə çox məhdud görünürlər. Yəni hər tərəfdən NATO ilə əhatə olunublar. Kosovoda NATO qoşunları var.
Və əlbəttə ki, onlar Prezident İlham Əliyevin düz bir il əvvəl gördüyü tədbirləri təkrarlaya bilmirlər. Vuçiç Kosovo məsələsini İlham Əliyevin metodu ilə həll edə bilməz.
Bordaçov əminliyini ifadə edib ki, Serbiya prezidenti Aleksandar Vuçiç indi ABŞ və NATO -nun proseslərə təsirinin zəiflədiyini və Vaşinqtonun mövqeyinin 90 -cı illərdəki kimi güclü olmadığını yaxşı anlayır.
Ona görə də Belqrad ümid edir ki, siyasi mənfəətlər əldə edəcək və mənasız bir müharibəyə başlamayacaq.
Qeyd edək ki, son günlər Balkan yarımadasında yeni gərginlik ocağı yaranıb. Serbiya ordusu bir həftədir barrikadaların qurulduğu Kosovo ilə sərhəddəki "Yarine" keçid məntəqəsinə doğru yaxınlaşıb. Əraziyə toplanan hərbi bölmələrdə "Lazar" və "Miroş" zirehli maşınları müşahidə edilib. Hətta bəzi məlumatlara görə, ağır zirehli maşınların Kosovo ilə sərhədə dirənməsi haqqında informasiyalar da yayılıb.
Tural Tağıyev
Azvision.az