Ermənistanda vaksin çatışmazlığı yaşanır

   Ermənistanda vaksin çatışmazlığı yaşanır
  06 Oktyabr 2021    Oxunub:846
Ermənistanda vaksin sayı ilə bağlı ciddi problem yaşanır. Azvision.az xəbər verir ki, ölkədə Çinin "Sinopharm" şirkətinə məxsus peyvəndlərin sayı xeyli azalıb.
Bu barədə Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi açıqlama yayıb. Səhiyyə Nazirliyi isə qısa müddət ərzində ölkəyə yeni vaksin partiyasının çatdırılmasına çalışır.

- Bütün dünyada əhali arasında peyvəndlərə tələbatın artması və istehsal prosesi ilə əlaqədar peyvənd çatışmazlığı var. Ermənistan da bu prosesdən kənar qalmayıb. Səhiyyə Nazirliyi isə peyvəndin ikinci dozasının müəyyən edilmiş müddətdən bir qədər gec qəbul edilməsinin sağlamlığa zərər verməyəcəyini və vaksinin təsirini heç bir şəkildə azaltmayacağını bəyan edib-, yerli saytlar yazıb.

Xatırladaq ki, Ermənistanda son sutka ərzində yoluxanların sayı 1155 nəfər olub. Ümumilikdə ölənlərin sayı isə 5440 nəfər təşkil edir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Ermənistan  





Xəbər lenti