Nazir gənclərə görüşüb

Nazir gənclərə görüşüb
  09 Oktyabr 2021    Oxunub:517
Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Gənclər Təşkilatları Milli Şurasının ofisində keçirilən görüşdə 20 təşkilatın sədri iştirak edib.

Nazir gəncləri dinləyib, qazandıqları uğurlar və problemlərlə maraqlanıb. Bu görüşə onların təkliflərini dinləməyə gəldiyini bildirən nazir ölkəmizdə fəaliyyət göstərən 300-dən çox gənclər təşkilatı ilə silsilə görüşlər keçirəcəyini qeyd edib.

Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları sədrləri təmsil etdikləri QHT-nin fəaliyyəti barədə məlumat veriblər.

Sağlam gənc nəslin formalaşması ilə yanaşı, beynəlxalq müstəvidə fəallığın artırılmasında gənclər təşkilatlarının üzərinə böyük iş düşdüyünü qeyd edən F.Qayıbov görüşdə səsləndirilən təkliflərin ümumiləşdirilərək müzakirə olunacağını, Gənclər və İdman Nazirliyinin kreativ ideyalara daim dəstək olacağını bildirib.

Azvision.az


Teqlər: Nazir   Gənc  





Xəbər lenti