"Xərçəng xəstəliyi və ölümlərinə görə liderik"- Ermənistan mediası

  09 Oktyabr 2021    Oxunub :391
"Xərçəng xəstəliyi və ölümlərinə görə liderik"-   Ermənistan mediası
Xərçəng xəstələrinin və ölümlərinin sayına görə Ermənistan lider ölkələr sırasındadır. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Tanınmış erməni ictimai fəal Armen Hayrapetyanın mövzu ilə bağlı fikirlərini dərc edən saytlar yazırlar ki, hətta Afrika ölkələri belə Ermənistandan aşağı pillədədir.

- Ölkəmizdə internetdə, satış platformalarından sosial şəbəkələrə qədər avtomobil katalizatorlarının alınması ilə bağlı təkliflər doludur. Bu reklamlarla maraqlanan yoxdur.
Bir neçə milyon və ya on milyonlarla drama maşın alanlar, katalizatoru 50 və ya 100 min dram üçün maşından çıxararaq satırlar. Katalizator xərçəng riskini kəskin şəkildə artıran zərərli maddələrin ətraf mühitə yayılmasını azaldan cihazdır. Ermənistan isə ölüm sayına görə ölkələrin lideridir...

Bizdə bir avtomobil bir neçə milyon drama alınır və katalizator 50 min dram üçün satılır. Bilmirəm, xalqımızın özünü qorumaq instinkti nə vaxtsa olub, ya yox, amma onu dəqiq bilirəm ki, indi belə bir instinkt yoxdur-,Hayrapetyan deyib.

Qeyd edək ki, Ermənistan 2018-ci ildə də xərçəng xəstəliyi ilə bağlı liderliyə yüksəlmişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Xərçəng   Ermənistan  







Xəbər lenti