Çökən binada iki uşağını, həyat yoldaşı və qardaşını itirdi

   Çökən binada    iki uşağını, həyat yoldaşı və qardaşını    itirdi
  09 Oktyabr 2021    Oxunub:1350
Batumi sakini binanın çökməsi nəticəsində iki övladını, arvadını və qardaşını itirib. Azvision.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, o uşaqlardan birini məktəbə aparıb. Mənzildə isə xaricdən onu ziyarət etməyə gələn həyat yoldaşı iki uşağı və bir də qardaşı qalıb.

Qeyd edək ki, xilasedicilər axşam saatlarında dağıntılar altından daha bir faciə qurbanının cəsədini çıxarıblar. Bununla da ölənlərin sayı doqquz nəfərə çatıb. Artıq ehtimal olunur ki, dağıntılar altında kimsə qalmayıb.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin "26 May" küçəsindəki beşmərtəbəli yaşayış binasının girişlərindən biri çökmüşdü.

Tural Tağıyev
Azvision.az



Teqlər: Batumi  





Xəbər lenti