ABŞ Türkiyəni sosial şəbəkələri bağlamamağa çağırır

ABŞ Türkiyəni sosial şəbəkələri bağlamamağa çağırır
  25 Mart 2014    Oxunub:1384
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Hoff Türkiyəni sosial şəbəkələrə girişi əngəlləməməyə çağırıb.

Xanım M.Hoff Vaşinqtonda brifinqdə qeyd edib ki, insanlar öz fikirlərini sərbəst şəkildə "Facebook" və "Twitter"də ifadə etməlidirlər: "Və hakimiyyət bu resurslara girişi bağlamamalıdır. Bu, "Instagram"a da aiddir".

Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti məhkəmənin qərarına əsaslanaraq Twitter-ə girişi bağlamışdı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, cürbəcür yalanların dərc olunduğu "Facebook", "Twitter" və "YouTube" kimi servisləri müdafiə etməyə ehtiyac yoxdur.


Teqlər:





Xəbər lenti