Azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb

  Azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb
  29 Oktyabr 2021    Oxunub:1720
Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, məlumatda deyilir:
"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".

AzVision.az



Teqlər: BaşProkurorluq  





Xəbər lenti