Taliblər toya hücum etdi, ölənlər var

Taliblər toya hücum etdi,    ölənlər var
  30 Oktyabr 2021    Oxunub:1086
“Taliban” silahlıları Əfqanıstanın Nanqarhar əyalətində keçirilən toy məclisinə hücum ediblər. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər.

Onların sözlərinə görə, toyda musiqi çalınmağa başlayanda taliblər hücum ediblər.
"Taliban"dakı mənbə qrup üzvlərinin toy məclisinə hücum etdiyini təsdiqləyib, ölən və yaralıların olduğunu isə təkzib edib. Bildirib ki, iki nəfərin saxlanılıb.

Xatırladaq ki, “Taliban” Əfqanıstanda toylarda canlı musiqini qadağan edib, həmçinin kişilər və qadınların ayrı-ayrı zallarda əyləşməsi tələbini irəli sürüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Taliban   Hücum  





Xəbər lenti