Mehriban Əliyeva İsmayıllıya səfərlə bağlı paylaşımlar edib

 Mehriban Əliyeva İsmayıllıya səfərlə bağlı paylaşımlar edib
  01 Noyabr 2021    Oxunub:1136
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə İsmayıllı rayonuna səfərlə bağlı paylaşımlar edib.
AzVision.az xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar".

Mehriban Əliyeva digər paylaşımlarında Prezident İlham Əliyevlə Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olmalarından, Lahıc qəsəbəsinə səfərdən, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin, 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsindən bəhs edib.



AzVision.az




Teqlər: Mehriban-Əliyeva  





Xəbər lenti