Xaricdə ən məşhur olan Rusiya silahının adı açıqlanıb

   Xaricdə ən məşhur olan Rusiya silahının adı açıqlanıb
  02 Noyabr 2021    Oxunub:806
"Rusiyadan ixrac edilən ən populyar silahlar “Triumf S-400 ” zenit-raket kompleksləridir".
AzVision.az xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan digər raket silahlarına da böyük tələbat var. Bunlardan “Pantsir C1” hava hücumundan müdafiə sistemi, tank əleyhinə “Kornet” kompleksi və “Smerç” raketdən müdafiə sistemlərinin adlarını qeyd etmək olar. Həmçinin, Rusiyanın bütün təyyarələrinə - qırıcılardan tutmuş yük təyyarələrinə qədər güclü tələbat var.

"Aviasiya ixracı Rusiyanın silah ixracının 50%-ni təşkil edir. Düşünürəm ki, yaxın 3-5 ildə sənayemiz hərbi-texniki əməkdaşlıq istiqamətində işi azaltmayacaq", - Şuqayev vurğulayıb.

Onun sözlərinə görə, pilotsuz təyyarələr və robotlar erasının başlaması ilə yerli hava hücumundan müdafiə sistemlərinə və elektron döyüş texnikasına tələbat artır.

Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə təyinatlı məhsullarının ixracı üzrə sifariş portfeli 52 milyard dolları ötməsi barədə məlumat verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Silah  





Xəbər lenti