"Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır" - Sabiq Prezident

   "Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır" -    Sabiq Prezident
  05 Noyabr 2021    Oxunub:1189
"İsraildə əhalinin böyük əksəriyyəti qısa zamanda peyvəndlənib. 6 milyon əhali birinci doza, 3 milyon isə ikinci doza peyvənd olunub. 2 milyon əhaliyə isə 3-cü doza vurulur. Ölkədə 12 yaşa qədər uşaqların peyvəndləməsi də başlayıb".
AzVision.az xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Dalia Itzik VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, əhalinin 70 faizi artıq peyvəndlənib.

"Yaş azaldıqca peyvəndləmə göstəricisi də azalır. Gənclər arasında peyvəndləmə aparılmasında çətinlik çəkirik. Bu da yalan xəbərlər yayıldığı üçün olur".

D.Itzik qeyd edib ki, İsrailin tibbi səhiyyə sistemi bu işin öhdəsindən qısa müddət ərzində gəldi:

"Vaksinlər hər kəsə əlçatan olmalıdır. Bu sahədə ölkələr beynəlxalq sazişə qoşulmalıdılar. Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır, hər kəsə əl çatan olmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti