Bakıda Zəfər yürüşü - VİDEO
AzVision.az xəbər verir ki, Zərər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.
Sonda Dövlət himni səsləndirilib.
Şahanə Rəhimli
Video: Əhməd Xəlilov
Montaj:
AzVision.az
Teqlər: