Dünyaca məşhur serialın davamı olacaqmı?

   Dünyaca məşhur serialın davamı olacaqmı?
  09 Noyabr 2021    Oxunub:2234
Hazırda dünyada ən məşhur serial olan "Squid Game"in gələcək taleyi məlum olub. "Netflix"in yayım platformasında ən çox baxılan film kimi önə çıxan Cənubi Koreyaya məxsus serial ikinci mövsümdə də davam etdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə AP-yə müsahibəsində rejissor Hvanq Donq Hyuk məlumat verib. Lakin o, hələlik premyeranın dəqiq tarixini deyə bilməyib.

- İkinci sezona gəlincə, o qədər təzyiq, o qədər tələb və o qədər sevgi var ki, hiss edirəm ki, hamınız bizə seçim yeri qoymursunuz! Amma deyim ki, həqiqətən də ikinci sezon olacaq. İndi mən planlaşdırma mərhələsindəyəm- Hvang Dong Hyuk deyib.

Qeyd edək ki, insanları ölümcül oyunlarda iştirak etməyə məcbur edən bir təşkilatın hekayəsini özündə əks etdirən serialın ilk mövsümü sentyabrın 17-də "Netflix"də nümayiş olundu. Şou tədricən populyarlıq qazanmağa başladı və tamaşaçılar tərəfindən o qədər sevildi ki, onu 142 milyon insan izlədi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Serial  





Xəbər lenti