"Şərq tərəfdaşlığı”nın XİN başçıları gələn həftə görüşəcəklər

   "Şərq tərəfdaşlığı”nın XİN başçıları gələn həftə görüşəcəklər
  10 Noyabr 2021    Oxunub:1015
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin xarici işlər nazirləri noyabrın 15-də Brüsseldə görüş keçirəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurası məlumat yayıb.

İclasda XİN rəhbərləri tərəfdaşlığın inkişafını müzakirə edəcəklər.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı” proqramında Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan təmsil olunur. Belarus bu ilin iyununda proqramda iştirakını dayandırıb.

AzVision.az



Teqlər: Şərq-Tərəfdaşlığı  





Xəbər lenti