"Ailə zorakılığı ilə bağlı il ərzində komitəyə 300-dən çox müraciət daxil olur" - Taliyə İbrahimova

 "Ailə zorakılığı ilə bağlı il ərzində komitəyə 300-dən çox müraciət daxil olur" -  Taliyə İbrahimova
  12 Noyabr 2021    Oxunub:1484
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində problemlərin həlli üçün aidiyyatı qurumlara müraciət edir".
AzVision.az xəbər verir ki, bunu Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, komitə hüquq mühafizə orqanı deyil:"Ailə zorakılığı ilə bağlı müraciət olunan kimi polis vəziyyəti nəzarətə alır, qeydə alınır. Qanunvercilik də mövcuddur. Nəzər alın ki, uşaqlarla bağlı da problemlər də var".

Onun sözlərinə görə, il ərzində komitəyə ailə məişət zorakılığı ilə bağlı 300-dən artıq müraciət daxil olur: "Qadınlar bir dəfə zorakılığa məruz qalsa belə müraciət etmir. Bu sistematik hal aldıqdan sonra müəyyən qurumlara müraciət edilir".

AzVision.az


Teqlər:





Xəbər lenti