“Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır” - Nazir

   “Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır” -    Nazir
  12 Noyabr 2021    Oxunub:535
“2018-ci illə müqayisədə 2021-ci ildə sosial müdafiə xərcləri 60% artıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir təqaüd xərclərinin isə 4,4 dəfə artdığını bildirib: “Bu parametrlər üzrə 3 illik rəqəmləri müqayisə etdikdə ciddi fərqi görürük. Biz düşünürük ki, sosial xərclər davamlı olaraq artmalıdır. Paralel olaraq isə yaddan çıxartmamalıyıq ki, pensiya sistemi sosial sığorta sistemidir. Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır. Buna uyğun pensiyalar artırılmalıdır. Dövlət isə minimum pensiyanın artırılması üçün öz öhdəsinə düşən işi görməlidir”.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti