"Qarabağ Dirçəliş Fondununa 100 milyonlarla vəsait toplanıb" - Rəhman Hacıyev

"Qarabağ Dirçəliş Fondununa 100 milyonlarla vəsait toplanıb" -    Rəhman Hacıyev
  15 Noyabr 2021    Oxunub:658
"Qarabağ Dirçəliş Fondununun sərəncamında hazırda 100 milyonlarla vəsait toplanıb. Fond həmin vəsaitləri səmərəli şəkildə idarəetməyə çalışır ".
AzVision.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri cənab Rəhman Hacıyev 25-ci Beynəlxalq Biznes Forumda deyib. O bildirib ki, Fondunun bütün xərcləri layihələrin idarə olunması əsasında əldə olunan mənfəət hesabına ödəniləcək:

"Dağıdılmış Azərbaycan mədəniyyətinin, irsinin bərpasında maraqlıyıq. Şuşa şəhərində bir neçə həyata keçirilən layihənin tam maliyyələşdirilməsi üzrə danışıqları başa çatdırmışıq. Yaxın zamanda həmin layihələri açıqlayacağıq".

R.Hacıyev qeyd edib ki, yaxın zamanlarda yeni layihələr də olacaq: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi iıə memorandum imzalanıb. Bu ayın sonunda Zəngilan rayonunda 40 minə yaxın ağac əkiləcək. Suvarılma sistemi və ağacların əkilməsi Fondun dəstəyi ilə həyata keçiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Layihə   Qarabağ  





Xəbər lenti