Azərbaycanda daha 2 015 nəfər koronavirusa yoluxub

   Azərbaycanda daha 2 015 nəfər koronavirusa yoluxub
  16 Noyabr 2021    Oxunub:653
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib. 30 600 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, bu günə qədər isə ümumilikdə 5 380 154 test icra olunub.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti